Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

  “Sevimli nağıllar” başlığı altında nağıl saatı keçirilib

22.04.2022

22.04. 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İmambinəsi kənd kitabxana filialının əməkdaşları Kəlbəcər rayonu 03 saylı Uşaq bağçasının 5 yaşa qədər  uşaqlar ilə  “Sevimli nağıllar” başlığı altında nağıl saatı keçirildi. İmambinəsi kənd kitabxanasının müdiri Əliyeva Yeganə uşaqlara Azərbaycan xalq nağıllarından olan “Tülkü, tülkü tünbəki”, “Bulud”, “Çil madyan”, “Göbələk”, “Bülbül və Qarğa”, “Xoşbəxt qızlar”, “Əhmədin nağılı”  və s. nağıllarını oxuyaraq onlara yaxşılıq, insanlara kömək göstərmək , düzgünlük  və  xeyirxah olmalarını söylədi. Körpə uşaqlar maraqla  nağılları dinləyərək yenidən digər nağılları dinləmək istədiklərini bildirdilər.

 

63.7 KB